Əvəzedicilər Liqasında XIII tura yekun vurulub. “Sabah-2” bu turda səfərdə “Turan Tovuz-2” ilə qarşılaşıb. Tovuz şəhər stadionunda keçirilən matç komandamızın 4:3 hesablı qələbəsi ilə nəticələnib.

Oyunda qollarımıza Ruhid Mustafayev, Ceyhun Nuriyev, Mixail Beştoyev və Yaqub Yusubov imza atıblar.

Baş məşqçimiz Rövşən Babayev qarşılaşmada aşağıdakı heyətə şans verib:

16. Rustəm Samiqullin, 13. İdris İnqilablı (k), 40. Rauf Rüstəmli, 47. Firəddin Abdullayev (89. Mixail Beştoyev, 53), 91. Nicat Quliyev, 42. Ruhid Mustafayev, 88. Xəyal Əliyev(25. Hüseyn Məmmədzadə, 81), 72. Vasif Fərəcov, 73. Məhəmməd Əliyev (36. Yaqub Yusubov, 81), 80. Sənan Ağayev (29. Ceyhun Nuriyev, 53), 97. Şahmar Aşurov (50. Emin Məcidzadə, 68).

13 turdan sonra hesabında 25 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

“Sabah-2” Əvəzedicilər Liqasında növbəti oyununu evdə “Qarabağ-2”-yə qarşı keçirəcək. Matç noyabrın 25-də, saat 14:00-da “ASK Arena”da baş tutacaq.