“Sabah” FK-nın 9 futbolçusu müxtəlif milli komandalara dəvət alıblar.

Belə ki, Yusif İmanov, Amin Seydiyev, Aleksey İsayev və Elvin Camalov Azərbaycanın əsas, Rüstəm Samiqullin, Camal Cəfərov və Xəyal Əliyev U-12, Vinsent Till Lüksemburq, Davit Volkov isə Gürcüstan yığmasına dəvət olunublar.

 

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da evdə İsveç, noyabrın 19-da isə səfərdə Belçika yığması ilə qarşılaşacaq.

 

U-21 millimiz noyabrın 17-də, beynəlxalq yoldaşlıq görüşündə Latviya, 4 gün sonra isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Ukrayna yığmasının müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

 

Lüksemburq millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da evdə Bosniya Herseqovina, noyabrın 19-da isə səfərdə Lixtenşteyn seçmə komandası ilə oynayacaq.

 

Gürcüstan millisi AVRO-2024-ün seçmə mərhələsində noyabrın 16-da doğma meydanda Şotlandiya, 3 gün sonra isə səfərdə İspaniya seçməsi ilə üz-üzə gələcək.