AKADEMİYA

“Sabah” FK-nın əsas hədəfi ölkə futboluna yeni istedadlar bəxş etməkdir. Bu istiqamətdə klubumuz “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir.

Uzun müddətdi fəaliyyət göstərən futbol məktəbinin müxtəlif yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda uğurla çıxış edirlər. 2017/2018-ci il mövsümündə 7 yaş qrupunda (U10, U11, U12, U13, U14, U15 və U16) çempionatlara qatılan “Vətən” RİOEUG futbol məktəbi yekunda 3 qızıl (U11, U12 və U15), 1 gümüş (U16) və 1 bürünc (U10) medal qazanmaqla özünəməxsus rekordu yeniləyib.

Qeyd edək ki, komandaların üzvləri: Emil Quluzadə U16 liqanın bombardiri, Elvin Abdullayev Kamran Şabıyev U15 liqada müvafiq olaraq liqanın bombardiri və ən yaxşı qapıçısı, Ömər Yusublu və Fəyyaz Mehdizadə U12 liqanın ən yaxşı oyunçusu və qapıçısı, Babamirzə Mehdiyev və Ayxan Əlizadə U11 liqanın ən yaxşı oyunçusu və ən yaxşı qapıçısı seçilib.

ƏLİNCƏ ARENAYA XOŞ GƏLMİSİNİZ
Masazır, Azərbaycan Ünvana bax