ƏLİNCƏ ARENA

“Sabah” Premyer Liqada ev oyunlarını 13 min tamaşaçı tutumuna malik, Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirir.

Stadionla klub arasındakı anlaşmaya əsasən, bu arenanın əsas meydançası ilə yanaşı, təbii ot örtüklü ehtiyat meydança da komandamızın ixtiyarındadır.

Bundan əlavə, təlim-məşq toplanışları zamanı bazanın daxilindəki mehmanxananın da xidmətindən istifadə edilməsi nəzərdə tutulub.

Aşağı yaş qrupları isə “Vətən” RİOEUG futbol məktəbinin nəzdindəki stadionlardan, meydançalardan istifadə edəcək.

ƏLİNCƏ ARENAYA XOŞ GƏLMİSİNİZ
Masazır, Azərbaycan Ünvana bax