Müdafiəçi

5
player

NİKOLA VUYADİNOVİÇ

MƏLUMATLARI
Milliyət:
flag Monteneqro
Mövqe:
Müdafiəçi
Yaş:
34
Çəki:
84 kq
Boy:
192 sm

Nikola Vuyadinoviç 31 iyul 1986-cı ildə keçmiş Yuqoslaviya Federativ Respublikasının paytaxtı Belqradda dünyaya gəlib.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) və “Domjale” (Sloveniya, 2019/20) klublarında çıxış edib.

Müdafiəçi 2020-ci ilin avqust ayından “Sabah”ın uğurları üçün çalışır.