Baş məşqçi

player

VİSENTE QOMES

MƏLUMATLARI
Milliyət:
flag İspaniya
Mövqe:
Baş məşqçi
Yaş:
49

Visente Qomes 1971-ci il sentyabrın 9-da İspaniyanın Santurse şəhərində dünyaya gəlib. Futbolçu kimi doğma şəhərinin eyniadlı klubunda müdafiəçi mövqeyində çıxış edib.

Qomes məşqçi karyerasına Bilbao “Atletik”inin akademiyasında başlayıb (2000-2006). Bu klubda məşqçi kimi çalışan təcrübəli mütəxəssis, 2012-2014-cü illər aralığında “Bilbao Atletik” klubunun baş məşqçisi olub.

Visente Qomes daha sonra Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb. 2020-ci ilin iyul ayında “Sabah”ın baş məşqçisi təyin olunub.