Yarımmüdafiəçi

17
player

XUAN KAMARA

Milliyət:
flag İspaniya
Mövqe:
Yarımmüdafiəçi
Yaş:
27
Boy:
184 sm

Xuan Kamara 1994-cü il fevralın 13-də İspaniyanın Xaen şəhərində dünyaya gəlib.

İspaniyalı vinger karyerası ərzində ölkəsinin “Vilyarreal B” (2012-2014), “Barselona B” (2014-2016), “Barselona” (2015-2016), “Jirona” (2016/2017), “Reus Deportiu” (2017/2018), Polşanın “Medz Leqnitsa” (2018/2019), “Yagelloniya” (2019-2020), Rumıniyanın “Dinamo” (Buxarest, 2020) və “Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.

Kamara 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır.