Məhsulun təsviri
Vizual görünüş: Ev oyun köynəyi 2022/23 klubun əsas rənglərindən biri olan olan ağ rəngdədir. Köynəyin çiyin və qol nahiyəsində açıq boz rəngdə naxışlar yerləşir. Ev oyun köynəyi 2022/23-ün üzərində klubun loqosu, istehsalçı şirkət və titul sponsor olan “Bank Respublika” yazısı təsvir olunub. Köynəyin boyun nahiyəsində klubun simvolu olan bayquş simvolu yerləşdirilmişdir. Köynəyin ad, nömrə yer almalı olan hissəsi ad və nömrə yazdıra bilməyiniz üçün boş saxlanılıb.
Əsas xüsusiyyətlər: Klubun 2022/23-cü illər mövsümü formaları “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan formalar hava axınını tənzimləyir, bədəni həddən artıq tərləməkdən qoruyur. Özünüzü daha yüngül və rahat hiss etmənizə imkan yaradır. Bu məhsul 100% təkrar emal edilmiş polisterdən hazırlanmışdır.