Məhsulun təsviri
Vizual görünüş: Kapüşonlu sviter funksional dizaynlı idman klassikasıdır. Kapüşonlu sviterin ön hissəsində açılıb-bağlanan zəncirbənd yerləşir. “Sabah” Futbol Klubu və istehsalçı şirkətin loqosu yerləşən kapüşonlu sviter bədəninizi isti saxlayır və özünüzü rahat hiss etməyinizi təmin edir.
Əsas xüsusiyyətlər: Klubun 2020/21-ci illər mövsümü formaları və digər idman geyimləri “Nike” şirkətinin istehsalıdır. “Nike Tech Fleece” texnologiyası əsasında hazırlanan bu geyimlər meydanda olarkən və gündəlik istifadə zamanı maksimum rahatlığı təmin edir. Soyuq qış günlərində bədəniniz üçün zəruri olan tempraturu qorumaqla soyuq havanın daxil olmasını əngəlləyir. Gündəlik və idman fəaliyyətlərində istifadə üçün ideal seçimdir.