Məhsulun təsviri
Vizual görünüş: Narıncı-qara rəngdə olan məşq köynəyi zərif və elastik parçadan hazırlanmışdır. Bədəni tam əhatə edən məşq köynəyi ekstra havalanmanı təmin edən xüsusi materialdan hazırlanmışdır. Köynəyin sinə nahiyəsinin sağ tərəfində “Sabah” Futbol Klubunun, sol tərəfində isə istehsalçı şirkətin loqosu yer alır.
Əsas xüsusiyyətlər: Klubun 2021/22-ci illər mövsümü formaları və digər idman geyimləri “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan digər köynəklərdə olduğu kimi məşq ən gərgin məşq rejimində belə özünüzü rahat hiss etmənizə planlanıb. Nəmi qısa zamanda asanlıqla buxarlandıran materialı ilə cildinizin quru qalmasına imkan yaradır. Köynəyin bədəni tam əhatə etməsi hərəkəti məhdudlaşdırmır, əksinə hərəkət azadlığını maksimum təmin edir. Köynək idman fəaliyyəti ilə yanaşı, gündəlik istifadə üçün də əlverişlidir.