Məhsulun təsviri
Vizual görünüş: Məşq sviteri fərqli və diqqət çəkən görünüşü ilə bütün nəzərləri üzərinizə çəkir. Məşq sviteri ön hissəsində “Sabah” Futbol Klubunun loqosu, kürək nahiyəsində isə istehsalçı şirkətin adı yazılmışdır. Məşq sviteri yaxasında yerləşən zəncirbəndlə daxil olan havanı tənzimləməyə imkan yaradır. Elastik və zərif parçadan hazırlanmış sviter bədəni tam əhatə edərək idmançının rahat hərəkətini təmin edir.
Əsas xüsusiyyətlər: Klubun 2022/23-cü illər mövsümü formaları və digər idman geyimləri “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan bu geyim soyuq qış günlərində bədəni isti saxlayır. Bədəni tam əhatə etsə də, hərəkət məhdudiyyəti və maneə yaratmır. Sviter yumşaq və təri hopturan materialdan hazırlanmışdır. Buna görə də buxarlanmanı sürətləndirir, dərinizin quru qalmasını təmin edir.