Məhsulun təsviri
Vizual görünüş: Parad idman gödəkçəsi tünd və açıq narıncı rəngin kontrastı ilə dizayn olunmuş qeyri-adi görünüşə maikdir. Parad idman gödəkçəsinin ön hissəsində kilitləmək üçün zəncirbənd yerləşir. Parad idman gödəkcəsinin kilidlənə bilən yan cibləri kiçik əşyaları daşımağa imkan verir. Bu geyim 100% polisterdən hazırlanmışdır.
Əsas xüsusiyyətlər: Klubun 2022/23-cü illər mövsümü formaları və digər idman geyimləri “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan bu geyim meydanda olarkən və gündəlik istifadə zamanı maksimum rahatlığı təmin edir. Gödəkçə yumşaq və təri hopturan materialdan hazırlanmışdır. Buna görə də buxarlanmanı sürətləndirir, dərinizin quru qalmasını təmin edir.