Məhsulun təsviri
Vizual görünüş: Parad idman şalvarı qara rəngdədir. Şalvarın sol tərəfində “Sabah” Futbol Klubu, sağ tərəfində isə istehsalçı şirkətin loqosu mövcuddur. Parad idman şalvarı bədəni tam əhatə edir və diqqəti dərhal cəb edir. Şalvarın sağ və sol tərəfində kilidlənə bilən ciblər yer alır.
Əsas xüsusiyyətlər: Klubun 2022/23-ci illər mövsümü formaları və digər idman geyimləri “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan şalvar davamlı, elastik, aşınmaya və deformasiyaya davamlı olan yüksək keyfiyyətli trikotajdan tikilib. Bu geyim ən gərgin məşq rejimində belə özünüzü rahat hiss etmənizə planlanıb. Nəmi qısa zamanda asanlıqla buxarlandıran materialı ilə cildinizin quru qalmasına imkan yaradır. Şalvarın bədəni tam əhatə etməsi hərəkətləri məhdudlaşdırmır, əksinə daha elastik davranmağa imkan yaradır. Şalvarın ayaqlarının aşağı hissəsində yerləşən zəncirbəndlər şalvarı daha az vaxtda və rahat şəkildə soyunub, geyinmək üçün tərtib olunmuşdur. Bu geyimi yalnız futbol oynamaq üçün deyil, həm də atletika, sərin havada məşq və ya idman görünüşü üçün gündəlik geyim kimi istifadə edilə bilərsiniz.