Məhsulun təsviri
Vizual görünüş: Polo köynək zoğalı rəngdədir. Zərif və elastik parçadan hazırlanmış köynək bədəni tam əhatə edir. İdman üsulubunu ən yaxşı formada nümayiş etdirən polo köynək səliqəli yaxalıqla klassik ab-havanı da hiss etdirir. Köynəyin sinə nahiyəsinin sağ tərəfində “Sabah” FK-nın, sol tərəfində isə istehsalçı şirkətin loqosu yer alır.
Əsas xüsusiyyətlər: Klubun 2022/23-ci illər mövsümü formaları və digər idman geyimləri kimi “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan köynək ən gərgin məşq rejimində belə özünüzü rahat hiss etmənizə planlanıb. Nəmi qısa zamanda asanlıqla buxarlandıran materialı ilə cildinizin quru qalmasına imkan yaradır. Köynəyin bədəni tam əhatə etməsi hərəkəti məhdudlaşdırmır, əksinə hərəkət azadlığını maksimum təmin edir. Köynək idman fəaliyyəti ilə yanaşı, gündəlik istifadə üçün də əlverişlidir.