Məhsulun təsviri
Vizual görünüş: “Səfər oyun köynəyi 2020/2021″də klubun ikinci rəngi olan ağ və boz rəngin harmoniyası əks olunub. Köynəyin qol və boyun nahiyəsində açıq boz rəngli xüsusi naxışlar mövcuddur. “Səfər oyun köynəyi 2020/2021″in üzərində klubun loqosu, istehsalçı şirkət və titul sponsor olan “Bank Respublika” yazısı qeyd olunub. Köynəyin ad, nömrə yer almalı olan hissəsi ad və nömrə yazdıra bilməyiniz üçün boş saxlanılıb.
Əsas xüsusiyyətlər: Klubun 2020/21-ci illər mövsümü formaları “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan formalar hava axınını tənzimləyir, bədəni həddən artıq tərləməkdən qoruyur. Özünüzü daha yüngül və rahat hiss etmənizə imkan yaradır.