Məhsulun təsviri
Vizual görünüş: Səfər oyun köynəyi 2022/23 qara rəngdədir. Köynəyin çiyin və qol nahiyəsində tünd qara rəngdə naxışlar yerləşir. Səfər oyun köynəyi 2022/23 -ün üzərində klubun loqosu, istehsalçı şirkət və titul sponsor olan “Bank Respublika” yazısı təsvir olunub. Formanın üzərində yer alan loqo, sponsorun loqosu, ad və nömrə Masazır gölünün rənginə uyğun olaraq çəhrayı rəngdədir.
Köynəyin boyun nahiyəsində klubun maskotu olan bayquş simvolu yerləşdirilmişdir. Köynəyin ad, nömrə yer almalı olan hissəsi ad və nömrə yazdıra bilməyiniz üçün boş saxlanılıb.
Əsas xüsusiyyətlər: Klubun 2022/23-cü illər mövsümü formaları “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan formalar hava axınını tənzimləyir, bədəni həddən artıq tərləməkdən qoruyur. Özünüzü daha yüngül və rahat hiss etmənizə imkan yaradır. Bu məhsul 100% təkrar emal edilmiş polister liflərindən hazırlanmışdır.