Məhsulun təsviri
Vizual görünüş: Şərfin yarı tərəfi göy, digər yarı tərəfi isə qara rəngdədir. Göy rəng “Sabah” Futbol Klubunu, qara rəng isə “Beşiktaş” Futbol Klubunu simvolizə edir. Xatirə şərfinin üzərində həmçinin oyunun keçirildiyi tarix və stadion qeyd olunub.
Əsas xüsusiyyətlər: 13 may 2023-cü il tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycanın “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında qardaşlıq matçı keçirilib. Qardaşlıq matçında əldə olunmuş bütün gəlirlər qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə “Bırakmam Seni Türkiyem” kampaniyasına bağışlanacaq. Məhz bu matç üçün məhdud sayda istehsal olunmuş xatirə şərflərinin satışından əldə olunmuş bütün gəlirlər də sözügedən kampaniyaya bağışlanacaq.