Məhsulun təsviri
Vizual görünüş: Uşaq səfər oyun şortu klubun əsas rənglərindən biri olan göy rəngdədir. Şort ağ oyun köynəyi və ağ getri ilə birlikdə geyinildiyi zaman klubun səfər oyun dəstini əmələ gətirir. Uşaq səfər oyun şortunun üzərində “Sabah” Futbol Klubu və istehsalçı şirkətin loqosu yer alır.
Əsas xüsusiyyətlər: Klubun 2020/21-ci illər mövsümü formaları “Nike” şirkətinin istehsalıdır. “Nike Dri-Fit” texnologiyası əsasında hazırlanan formalar hava axınını tənzimləyir, bədəni həddən artıq tərləməkdən qoruyur. Özünüzü daha yüngül və rahat hiss etməyinizə imkan yaradır.