Məhsulun təsviri
Vizual görünüş: Xüsusi kapüşonlu sviterin önündə klubun və istehsalçı şirkətin loqosu yer alır. Geyimin arxa hissəsində “Karabakh is Azerbaijan!” (Qarabağ Azərbaycandır!) yazısı həkk olunub.
Əsas xüsusiyyətlər: Klubun 2020/21-ci illər mövsümü formaları və digər idman geyimləri “Nike” şirkətinin istehsalıdır. “Nike Tech Fleece” texnologiyası əsasında hazırlanan bu geyimlər meydanda olarkən və gündəlik istifadə zamanı maksimum rahatlığı təmin edir. Soyuq qış günlərində bədəniniz üçün zəruri olan tempraturu qorumaqla soyuq havanın daxil olmasını əngəlləyir. Gündəlik və idman fəaliyyətlərində istifadə üçün ideal seçimdir.