Məhsulun təsviri
Vizual görünüş: Yağmurluq “Sabah” FK-nın 2022/23-cü idman dəstinə daxildir. Tünd göy rəngdə olan yağmurluq yağış keçirməyən xüsusi materiala malikdir. Onun üzərində istehsalçı şirkət və “Sabah” FK-nın loqosu yerləşir.
Əsas xüsusiyyətlər: Klubun 2022/23-ci illər mövsümü formaları və digər idman geyimləri kimi “Nike” şirkətinin istehsalıdır. Yağmurluğun istehsalında xüsusi texnologiyadan istifadə olunmuşdur. Bu texnologiya gödəkçənin səthini izolyasiya edərək nəmin içəri keçməsinin qarşısını alır. Eyni zamanda küləyin təsiri ilə soyuq havanın içəri daxil olmasına maneə olur və bədən üçün zəruri olan tempraturu və hava axınını tənzimləməyə imkan verir. İllərin sınağından keçmiş bu model özünüzü rahat hiss etmənizə hesablanıb. Gödəkçə bədəni tam əhatə etsə də, hərəkət azadlığını məhdudlaşdırmır. Gödəkçənin yan tərəflərdə yerləşən iki cib var. Ciblərdə müxtəlif idman aksesuarları və ləvazimatlarını rahatlıqla saxlaya bilərsiniz.