“Sabah” FK 14 gün ərzində aşağıdakı hallar yarandıqda alınmış malların dəyişdirilməsi və ya geri qaytarılmasını təmin edir:
- Mallar saytda yerləşdirilmiş təsviri ilə eynilik təşkil etmədikdə;
- Malları təhvil aldığı zaman hər hansı qüsurlar aşkar olunduqda;
- Malların ölçüsü və ya rəngləri sifariş zamanı seçdiklərinizlə eynilik təşkil etmədikdə;
- Malları bəyənmədikdə
Malların qaytarılması aşağıdakı formada baş verə bilər:
- Çatdırılma zamanı – malları çatdırılma zamanı təhvil alarkən, yuxarıda qeyd olunan hallar baş verdikdə ödənişsiz şəkildə geri qaytara bilərsiniz. Bu zaman əgər ödənişiniz nağd şəkildədirsə, dərhal geri qaytarılacaq. Ödənişiniz kart vasitəsilə edilmişdisə, 7 iş günü ərzində ödənişiniz geri qaytarılacaq.
- Ofisə yaxınlaşmaqla – yuxarıda qeyd olunan hallarla rastlaşdığınız halda məhsulları Bakı şəhəri, Az1065, Bakıxanov küçəsi 6, Bridge Plazanın 10-cu mərtəbəsində yerləşən ofisimizə yaxınlaşaraq geri qaytara bilərsiniz. Bu zaman ödənişiniz nağd qaydada olduğu zaman yerində nağd formada, kart vasitəsilə edilmişdisə, 7 iş günü ərzində hesabınıza geri qaytarılacaq.
Qeyd: 14 gün ərzində malların geri qaytarılması və ya dəyişdirilməsi hüququ qüvvədən düşür. Məhsulu bəyənmədiyiniz zaman qaytarmaq və dəyişmək istədikdə çatdırılma xərcləri məhsulun ümumi qiymətindən çıxılır. Digər bütün hallarda məhsulların geri qaytarılması tamamilə ödənişsiz şəkildə baş tutur.