AKADEMİYA
“Sabah” FK-nın əsas hədəfi ölkə futboluna yeni istedadlar bəxş etməkdir. Bu istiqamətdə klubumuz “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi ilə əməkdaşlıq edir.
2018/19 mövsümündə “Sabah” FK akademiyasının komandaları 6 medal qazanıblar.
Təmsilçilərimiz 3 qızıl (U-10, U-14, U-17), 2 gümüş (U-11, U-16) və 1 bürünc (U-15) medal qazanaraq, medalların əyarına görə ən yüksək nəticəyə imza atıblar.
Bundan əlavə, futbolçularımız fərdi mükafatlara da layiq görülüblər. Tariel Fərzəli (U-11), Nicat Məmmədov (U-14) və Vüsal Qəmbərov (U-17) ən yaxşı oyunçu, Akif Allahverdiyev (U-10), Emin Həbibov (U-14) və Kamran Şabıyev (U-16) ən yaxşı qapıçı, İslam Həsənov (U-11) isə feyr-pley mükafatına sahib çıxıb.