FAN KLUBA QOŞUL

«Sabah» Premyer Liqanın ən gənc komandasıdır. Azarkeşlərimizin əksəriyyətini də elə gənclər təşkil edir. Yaşadığı yerdən, cinsindən, düşüncə tərzindən aslı olmayaraq özünü gənc hiss edən hər kəsin komandasıdır «Sabah»!

Çox xoşdur ki, ilk mövsümdəcə ev oyunlarına gələn azarkeş sayına görə çempionatın liderlərindən olduq. Bu il isə artıq bu göstəriciyə görə üçüncü pillədəyik. «Futbol azarkeşlər üçün oynanılır» devizi fəaliyyətimizin əsasını təşkil edir.

Siz də komandamızı stadionda dəstəkləmək istəyirsinizsə, qeydiyyatdan keçin, fan klubumuza üzv olun!