BANK RESPUBLİKA ARENA
“Sabah” Premyer Liqada ev oyunlarını 13 min tamaşaçı tutumuna malik, Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena”da keçirir.
Stadionla klub arasındakı anlaşmaya əsasən, bu arenanın əsas meydançası ilə yanaşı, təbii ot örtüklü ehtiyat meydança da komandamızın ixtiyarındadır.
Bundan əlavə, təlim-məşq toplanışları zamanı bazanın daxilindəki mehmanxananın da xidmətindən istifadə edilməsi nəzərdə tutulub.
Aşağı yaş qrupları isə “Vətən” RİOEUG futbol məktəbinin nəzdindəki stadionlardan, meydançalardan istifadə edəcək.