“Sabah”dan tarixi nəticə!

SABAH
23 Aprel 2025
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.  “Sabah” yarımfinal mərhələsində “Neftçi”yə iki oyunun nəticəsinə əsasən (2:1, 1:1) qalib gələrək, finala vəsiqə qazanıb. 

“Bank Respublika Arena”da keçirilən cavab matçı 1:1 hesablı bərbərliklə nəticələnib. Komandamızın qoluna Cesse Sekidika imza atıb. Qeyd edək ki, bu, “Sabah” üçün tarixi nəticədir. Belə ki, komandamız tarixi ərzində ilk dəfə kubokda həlledici matça vəsiqə qazanıb. 

Oyun, həmçinin daha bir rekordla əlamətdar olub. Görüşü tribunalardan 6600 tamaşaçı izləyib ki, bu da, cari mövsümdə ölkə kubokunda ən yüksək göstəricidir.

"Sabah" finalda "Qarabağ"la qarşılaşacaq. Oyun mayın 31-də, saat 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.




TÖVSİYƏ OLUNANLAR

8 futbolçumuz milli komandalarda!

“Sabah” FK-nın 8 futbolçusu müxtəlif milli komandalara dəvət olunublar. Rəhman Daşdəmirov, Abdulla X

Coy-Lens Mikelsin zədəsi ilə bağlı açıqlama

“Karvan-Yevlax”la oyunda zədə alan futbolçumuz Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinəni

AFFA Yüksək Qızlar Liqasında yeni mövsümün püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü a

Zinəddin Uld Xaled əməliyyat oldu

“Sabah”ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub. Fransalı futbolçu ayağın beşinci dar