Müraciət

Əziz həmvətənlərimiz,


İyulun 14-də, İngiltərənin Osvestri şəhərində “Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin “The New Saints” klubu ilə vacib görüşə çıxacaq. Bu əhəmiyyətli oyunda komandamızı tək qoymayaq. Sizin tribunadan dəstəyiniz çətin səfər oyununa çıxacaq “Sabah” üçün çox vacibdir. Gəlin, bu əhəmiyyətli matçda komandamıza dəstək olaq. Qeydiyyatdan keçən şəxslər biletlə təmin ediləcək. Yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərin müraciəti nəzərə alınacaq. Qarşılaşma iyulun 14-də, yerli vaxtla saat 18:30-da İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda baş tutacaq.