"Sabah" və Macarıstanın "Honved" klubu arasında əməkdaşlıq müqaviləsi imzalandı

SABAH
10 İyun 2025
Bu gün Azərbaycan və Macarıstan milli komandaları arasında keçirilən yoldaşlıq oyunundan öncə “Sabah” Futbol Klubu və Macarıstanın köklü klublarından biri olan “Honved” FK arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.
Tərəflər arasında razılaşdırılmış əməkdaşlıq çərçivəsində bir sıra sahələr üzrə birgə fəaliyyət planlaşdırılır. Bunlara məşqçi heyətinin qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif yaş qrupları üzrə yoldaşlıq görüşlərinin təşkili, gənclər üçün beynəlxalq turnirlərdə qarşılıqlı iştirak, eləcə də futbolçuların mübadiləsi və inkişafına yönəlmiş proqramlar daxildir. Eyni zamanda, hər iki klubun məşqçiləri və oyunçuları üçün təlim və seminarların keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlığın əsas məqsədi – Azərbaycan və Macarıstan futbolu arasında əlaqələri daha da inkişaf etdirmək, futbolun inkişafına töhfə vermək, peşəkar bilik və təcrübə paylaşımı ilə gənc futbolçuların yetişdirilməsinə şərait yaratmaqdır.
TÖVSİYƏ OLUNANLAR

10 futbolçumuz milli komandalara dəvət alıb!

“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə 1/8 final mərhələsindən qoş

Baş məşqçimiz Valdas Dambrauskasın qələbə şərhi

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı 5:2 hesabı ilə məğlub e

"Sabah" - "Hapoel Beer-Şeva" oyun öncəsi mətbuat konfransı

Baş məşqçimiz Valdas Dambrauskas və futbolçumuz Velko Simiç "Sabah" - "Hapoel Beer-Şeva" oyunundan ö