"Sabah" "Rapid"lə qarşılaşdı

SABAH
29 İyun 2025

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.


Komandamız Rumıniyanın "Rapid" (Buxarest) klubu ilə qarşılaşıb. Matç Sloveniyada, Qornya Radqona stadionunda keçirilib. Komandamız meydana aşağıdakı start heyəti ilə çıxıb:


92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 7. Boyan Letiç, 10. Anatoli Nuriyev, 13. İvan Lepinitsa, 20. Coy-Lens Mikels, 24. Rauf Rüstəmli, 83. Andrey Santos, 88. Xəyal Əliyev, 90. Stiv Solvet, 99. Neqoş Kupusoviç.

Sonradan meydana daxil olanlar:

Nicat Mehbalıyev, 18. Pavol Şafranko, 33. Umarali Raxmonaliyev, 70. Cesse Sekidika, 8. Ayaz Quliyev, 6. Abdullah Xaybulayev, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 32. Elgün Dünyamalıyev, 40. İqor Noqeyra, 80. Akim Zedadka.

Oyun 2:2 hesablı bərabərliklə nəticələnib. Komandamızın heyətində 34-cü dəqiqədə Coy-Lens Mikels və 72-ci dəqiqədə Xəyal Əliyev fərqlənib. 

"Sabah" toplanış çərçivəsində növbəti yoxlama oyununu iyulun 3-də, Macarıstanın "Pakş" komandasına qarşı keçirəcək. 

TÖVSİYƏ OLUNANLAR

10 futbolçumuz milli komandalara dəvət alıb!

“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə 1/8 final mərhələsindən qoş

Baş məşqçimiz Valdas Dambrauskasın qələbə şərhi

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı 5:2 hesabı ilə məğlub e

"Sabah" - "Hapoel Beer-Şeva" oyun öncəsi mətbuat konfransı

Baş məşqçimiz Valdas Dambrauskas və futbolçumuz Velko Simiç "Sabah" - "Hapoel Beer-Şeva" oyunundan ö