KİV-in diqqətinə!

SABAH
30 İyun 2025
UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Çelye” oyunu üçün akkreditasiya prosesi başlayıb.

Akkreditasiyadan keçmək üçün aşağıdakı məlumatlar tələb olunur:

- Şəxsin adı və soyadı;

- Çalışdığı KİV-in adı;

- Vəzifəsi;

- 2024/25 mövsümünə aid PFL vəsiqəsinin surəti;

- Oyundan əvvəl və sonra keçiriləcək mətbuat konfranslarında iştirak edib-etməyəcəyi barədə məlumat.

Hər KİV-ə yalnız bir nəfər, televiziya kanallarına isə iki nəfər (bir müxbir və bir operator) üçün akkreditasiya veriləcək.

Yer məhdudiyyəti səbəbilə yalnız ilk müraciət edənlərin akkreditasiya tələbi nəzərə alınacaq.

Akkreditasiya üçün müraciət etmək istəyən şəxslər qeyd olunan məlumatları iyulun 8-i saat 18:00-a qədər [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Təsdiq məktubu alan şəxslər qeydiyyatdan keçmiş hesab olunacaqlar.
TÖVSİYƏ OLUNANLAR

8 futbolçumuz milli komandalarda!

“Sabah” FK-nın 8 futbolçusu müxtəlif milli komandalara dəvət olunublar. Rəhman Daşdəmirov, Abdulla X

Coy-Lens Mikelsin zədəsi ilə bağlı açıqlama

“Karvan-Yevlax”la oyunda zədə alan futbolçumuz Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinəni

AFFA Yüksək Qızlar Liqasında yeni mövsümün püşkü atıldı

AFFA-nın bayrağı altında təşkil edilən Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü a

Zinəddin Uld Xaled əməliyyat oldu

“Sabah”ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub. Fransalı futbolçu ayağın beşinci dar