Xoş gəldin, Velko Simiç!

SABAH
28 Avqust 2025
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edilib. Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında komandamızın uğurları üçün çalışacaq.  

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib. 

Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.  O, “Sabah”da 21 nömrəli formada çıxış edəcək.
TÖVSİYƏ OLUNANLAR

"Neftçi" - "Sabah": Oyun sonrası mətbuat konfransı

"Sabah" Misli Premyer Liqasında növbəti oyununu keçirib. Komandamız səfərdə "Neftçi" ilə qarşılaşıb

"Sabah" - "İmişli": Baş məşqçimiz Valdas Dambrauskasın oyun sonrası mətbuat konfransı

Misli Premyer Liqasında VI tura yekun vurulub. "Sabah" bu turda evdə "İmişli" ilə qarşılaşıb (3:1).

"Şəfa" - "Sabah": Oyun sonrası mətbuat konfransı

Misli Premyer Liqasında V tura yekun vurulub. "Sabah" bu turda səfərdə "Şəfa"ya qalib gəlib (3:0). O

“Sabah”dan tarixi uğur – “Qızıl dubl”!

“Sabah” yarandığı ildən tarixinin ən uğurlu mövsümünü yaşayır. Klubumuz bu mövsümdə əsas komanda səv