Abdulla Xaybulayev milli komandamızda debüt etdi

SABAH
10 Sentyabr 2025
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Milli komandamız Bakıda Ukrayna yığması ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə nəticələnib. 

Bu qarşılaşma "Sabah"ın yarımmüdafiəçisi Abdulla Xaybulayev üçün əlamətdar olub. Meydana start heyətində çıxan və 78-ci dəqiqədə əvəzlənən Abdulla, milli komandamızda debüt edib. Xaybulayevlə yanaşı, "Sabah"ın digər üzvü Anatoli Nuriyev də bu matçda şans qazanıb. O, görüşün 66-cı dəqiqəsində meydana daxil olub. 

Xəyal Əliyev isə U-21 millimizin heyətində meydana çıxıb. Gənclərdən ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsinin Bolqarıstanla ev oyununda start heyətində yer alan Xəyal, sona kimi meydanda olub. Matç 1:1 hesablı bərabərliklə nəticələnib.


TÖVSİYƏ OLUNANLAR

“Sabah”ın hücumçusu Xəyal Əliyev əməliyyat olunub.

Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.Madr

Yeni mövsümə hazırlıq planı bəllidir

“Sabah”ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub. Komandamız yeni mövsümün hazırlıqlarına iy

Tellur Mütəllimov daha 2 il “Sabah”da!

“Sabah” FK müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb. 31 yaşlı futbolçu ilə yeni müqavilə

Təşəkkürlər, kapitan!

Uzun illər “Sabah”ın uğurları üçün çalışmış, komandamızın kapitanı Amin Seydiyevlə yollarımız ayrılı