“Sabah” FK və “Bank Respublika” ağacəkmə aksiyası keçirdi

SABAH
15 Oktyabr 2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Sabah” FK və “Bank Respublika” birgə aksiya həyata keçirib.


“Sabah” FK-nın futbolçuları ölkənin aparıcı banklarından olan və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində daha öncə bir çox aksiya həyata keçirmiş “Bank Respublika”nın əməkdaşları ilə birgə Masazırda yerləşən “Bank Respublika Arena”nın ətrafında yerli iqlim şəraitinə uyğun 100-ə yaxın ağac əkiblər.


Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, həmçinin gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub. Qeyd edək ki, “Bank Respublika” mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bank, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən müəssisələri maliyyələşdirir və müxtəlif ekoloji layihələrə dəstək göstərir.

TÖVSİYƏ OLUNANLAR

10 futbolçumuz milli komandalara dəvət alıb!

“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə 1/8 final mərhələsindən qoş

Baş məşqçimiz Valdas Dambrauskasın qələbə şərhi

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı 5:2 hesabı ilə məğlub e

"Sabah" - "Hapoel Beer-Şeva" oyun öncəsi mətbuat konfransı

Baş məşqçimiz Valdas Dambrauskas və futbolçumuz Velko Simiç "Sabah" - "Hapoel Beer-Şeva" oyunundan ö