Təşəkkürlər, Boyan Letiç!

SABAH
05 Yanvar 2026
“Sabah” FK müdafiəçi Boyan Letiçlə yollarını ayırıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandamızın heyətində ümumilikdə 125 oyun keçirib. Letiç “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandamızın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub. 

Boyan Letiçə klubumuza xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.
TÖVSİYƏ OLUNANLAR

KİV-in diqqətinə!

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “KuPS” oyunu

Təşəkkürlər, Noqeyra!

“Sabah” FK müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb. Braziliyalı futbolçu ilə mövsümün sonunda ba

KİV nümayəndələrinin diqqətinə!

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – TNS oyunu üç

"Sabah"ın Avstriya toplanışındakı rəqibləri bəllidir

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində 3 yoxlama oy