"Sabah-2" çempion!

SABAH
25 May 2026
Əvəzedicilər Liqasında 2025/2026 mövsümünə yekun vurulub. "Sabah-2" son turda "Araz-Naxçıvan-2" ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən oyun komandamızın böyük hesablı qələbəsi ilə nəticələnib - 4:0. 

Matçda komandamızın qollarına Həmzəalı Mikayılov, Ramil Nuraxmedov, Nihat Cabbarov və Hüseyn Məmmədzadə imza atıblar. 

Bu qələbə ilə "Sabah-2" 2025/26 mövsümünü çempion kimi başa vurub. Adino Mustedanaqiçin baş məşqçisi olduğu komandamız ardıcıl ikinci mövsümdür əvəzedicilərin çempionatını qızıl medalla başa vurur.
TÖVSİYƏ OLUNANLAR

"Sabah-2" çempion!

Əvəzedicilər Liqasında 2025/2026 mövsümünə yekun vurulub. "Sabah-2" son turda "Araz-Naxçıvan-2" ilə

“Sabah-2”-dən böyük hesablı qələbə

Əvəzedicilərin liqasında XX tura yekun vurulub. “Sabah-2”  bu turda evdə “Şamaxı-2” ilə qarşılaşıb.

Əvəzedici komandamızda yeni futbolçu

“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib. Belçikalı futbolçu Qodfred Boaki İngiltərənin “Bi

“Sabah-2”-dən heç-heçə

Əvəzedicilərin çempionatında XIII tura start verilib. “Sabah-2” bu turda səfərdə “Qəbələ-2” ilə qarş