5 futbolçumuz milli komandalarda!

SABAH
13 Mart 2025
“Sabah” FK-nın 5 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət olunublar. 

Belə ki, Amin Seydiyev, Rəhman Daşdəmirov və Xəyal Əliyev Azərbaycan millisinə, Stas Pokatilov Qazaxıstan yığmasına, Vinsent Till isə Lüksemburq seçmə komandasına dəvət alıblar. Qeyd edək ki, Xəyal və Rəhman ilk dəfə əsas milliyə çağırılıblar.  

Azərbaycan millisi martın 22-də Sumqayıtda, Mehdi Hüseynzadə adına şəhər stadionunda Haiti, martın 25-də isə “Bank Respublika Arena”da Belarus yığma komandaları ilə yoxlama oyunu keçirəcək.  

Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 22-də Uels, martın 25-də isə Lixtenşteynlə qarşılaşacaq. 
Lüksemburq milli komandası isə martın 22-də İsveç, martın 25-də isə İsveçrə millisi ilə yoxlama oyunu keçirəcək.
TÖVSİYƏ OLUNANLAR

“Sabah”ın hücumçusu Xəyal Əliyev əməliyyat olunub.

Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib.Madr

Yeni mövsümə hazırlıq planı bəllidir

“Sabah”ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub. Komandamız yeni mövsümün hazırlıqlarına iy

Tellur Mütəllimov daha 2 il “Sabah”da!

“Sabah” FK müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb. 31 yaşlı futbolçu ilə yeni müqavilə

Təşəkkürlər, kapitan!

Uzun illər “Sabah”ın uğurları üçün çalışmış, komandamızın kapitanı Amin Seydiyevlə yollarımız ayrılı