"Sabah" tarixində ilk titulunu qazandı!

SABAH
31 May 2025
Azərbaycan Kubokunda mövsümə yekun vurulub. Həlledici görüşdə "Sabah" "Qarabağ"la qarşılaşıb. 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda hesabı komandamız açıb. Pavol Şafranko matçın 35-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Oyunun 42-ci dəqiqəsində qapımıza təyin edilən penaltini qapıçımız Stas Pokatilov zərərsizləşdirib. İlk hissəyə əlavə edilmiş dəqiqədə hesabı bərabərləşdirən rəqib, ikinci hissənin 67-ci dəqiqəsində 2:1 önə keçib. 

Gərgin keçən oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə Kahim Parris hesabı bərabərləşdirərək, oyunu əlavə vaxta daşıyıb. Əlavə vaxtın son dəqiqəsində fərqlənən Tellur Mütəllimov komandamıza ölkə kubokunu qazandıran qola imza atıb. Bu, "Sabah"ın tarixi ərzində qazandığı ilk tituldur. 

Baş məşqçimiz Vasili Berezutski tarixi matçda aşağıdakı heyətə şans verib:

92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev (6. Abdulax Xaybulaev, 74), 8. Ayaz Quliyev (10. Namik Ələskərov, 74), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev (12. Vinsent Till, 65), 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika (11. Kahim Parris, 65), (33. Umarali Raxmonaliyev, 110), 3. Con İrasabal, 13. İvan Lepiniça (20. Coy Lens Mikels, 88). 

Matçdan sonra mükafatlandırma mərasimi keçirilib. Komandamızın üzvlərinə qızıl medallar və çempionluq kuboku təqdim edilib.
TÖVSİYƏ OLUNANLAR

Zinəddin Uld Xaledlə yollar ayrıldı

“Sabah” fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşı

"Vikinq" - "Sabah" oyununun video icmalı

"Sabah" UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə Norveçin "Vikinq" komandası ilə qarşılaşıb (1

"Vikinq" - "Sabah": Oyun sonrası mətbuat konfransı

"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirib. Komandamız Norveçdə yer

“Vikinq” – “Sabah”: Oyun öncəsi mətbuat konfransı

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda səfərdə “Vikinq”lə qarşılaşacaq. Oy