KİV-in diqqətinə!

SABAH
30 İyun 2025
UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Çelye” oyunu üçün akkreditasiya prosesi başlayıb.

Akkreditasiyadan keçmək üçün aşağıdakı məlumatlar tələb olunur:

- Şəxsin adı və soyadı;

- Çalışdığı KİV-in adı;

- Vəzifəsi;

- 2024/25 mövsümünə aid PFL vəsiqəsinin surəti;

- Oyundan əvvəl və sonra keçiriləcək mətbuat konfranslarında iştirak edib-etməyəcəyi barədə məlumat.

Hər KİV-ə yalnız bir nəfər, televiziya kanallarına isə iki nəfər (bir müxbir və bir operator) üçün akkreditasiya veriləcək.

Yer məhdudiyyəti səbəbilə yalnız ilk müraciət edənlərin akkreditasiya tələbi nəzərə alınacaq.

Akkreditasiya üçün müraciət etmək istəyən şəxslər qeyd olunan məlumatları iyulun 8-i saat 18:00-a qədər [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Təsdiq məktubu alan şəxslər qeydiyyatdan keçmiş hesab olunacaqlar.
TÖVSİYƏ OLUNANLAR

“Sabah”ın Bizon Azərbaycan Kubokundakı rəqibi bəlli oldu

“Sabah”ın Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində qarşılaşacağı komanda bəlli olub. Komand

Qızlardan ibarət komandamızdan növbəti qələbə

"Sabah"ın qızlardan ibarət komandası AFFA Yüksək Qızlar Liqasında növbəti oyununu keçirib. Komandamı

Qızlardan ibarət komandamızdan böyük hesablı qələbə!

AFFA Yüksək Qızlar Liqasında 2-ci turun oyunları keçirilib. “Sabah”ın qızlardan ibarət komandası bu

“Sabah”ın qızlardan ibarət komandası yüksək liqada ilk oyununu keçirdi

“Sabah”ın qızlardan ibarət komandası AFFA-nın təşkilatçılığı ilə keçirilən Yüksək Qızlar Liqasında d