Xoş gəldin, Velko Simiç!

SABAH
28 Avqust 2025
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edilib. Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında komandamızın uğurları üçün çalışacaq.  

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib. 

Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.  O, “Sabah”da 21 nömrəli formada çıxış edəcək.
TÖVSİYƏ OLUNANLAR

"Turan Tovuz" - "Sabah" oyununun videoicmalı

Misli Premyer Liqasında X tura start verilib. "Sabah" bu turda səfərdə "Turan Tovuz"la qarşılaşıb. O

"Turan Tovuz" - "Sabah": Oyun sonrası mətbuat konfransı

"Sabah" Misli Premyer Liqasının X turunda səfərdə "Turan Tovuz"la qarşılaşıb (2:3). Oyundan sonra ba

"Sabah" - "Qarabağ" oyununun video icmalı

"Sabah" Misli Premyer Liqasının IX turunda evdə "Qarabağ"la qolsuz bərabərə qaldı. Bu heç-heçədən so

"Sabah" - "Qarabağ": Oyun sonrası mətbuat konfransı

Misli Premyer Liqasının IX turunda "Sabah" evdə "Qarabağ"la qarşılaşıb. "Sabah Arena"da keçirilən gö