Əvəzedicilərin çempionatında IX tura yekun vurulub. “Sabah-2” bu turda evdə “Kəpəz-2” ilə qarşılaşıb. “ASCO Arena”da baş tutan oyun komandamızın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:0. Matçda qollarımıza Ramil Nuraxmedov, Cavid Məmmədli, Camal Cəfərov (2) və Həmzəalı Mikayılov imza atıblar.
Baş məşqçi Adino Mustedanaqiç
görüşdə aşağıdakı heyətə şans verib:
94. Rəvan Mirzəmmədov, 23. Camal Cəfərov (k), 25.
Hüseyn Məmmədzadə, 77. Nihat Cabbarov (95. Şahin İbrahimov, 46), 97. Ramil
Nuraxmedov (49. Ramin Əvəzov, 46), 89. Cəfər Muxtarov, 93. Səbuhi Qurbanov (48.
Anar Cəbiyev, 62), 37. Amir Qəribov, 74. Həmzəalı Mikayılov, 78. Cavid Məmmədli
(91. İlkin Cəfərli, 46), 83. Stefen Ende (35. Cafet Bulus, 46).
9 turdan sonra hesabında 20 xal olan “Sabah-2”
turnir cədvəlində birinci sırada qərarlaşıb.
Əvəzedicilərin çempionatında XIII tura start verilib. “Sabah-2” bu turda səfərdə “Qəbələ-2” ilə qarş
Əvəzedicilərin çempionatında XII tura yekun vurulub. “Sabah-2” bu turda evdə “Neftçi-2” ilə qarşılaş
Əvəzedicilərin çempionatında 11-ci turun oyunları keçirilir. "Sabah-2" bu turda səfərdə "Qarabağ-2"
Əvəzedicilərin çempionatında X tura yekun vurulub. "Sabah-2" bu turda evdə "Araz-Naxçıvan-2" ilə qar