Əvəzedicilərin çempionatında 11-ci turun oyunları keçirilir. "Sabah-2" bu turda səfərdə "Qarabağ-2" ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç komandamızın qələbəsi ilə nəticələnib - 2:1. "Sabah-2"-nin qollarına Əli Əlizadə və Ramil Nuraxmedov imza atıblar.
Əvəzedici komandamızın baş məşqçisi Adino Mustedanaqiç matçda aşağıdakı heyətə şans verib:
94. Rəvan Mirzəmmədov , 23. Camal Cəfərov (k) (77. Nihat Cabbarov, 46), 71. Əli Əlizadə, 97. Ramil Nuraxmedov (90. Oluvasen Timilehin, 70), 89. Cəfər Muxtarov (91. İlkin Cəfərli, 46), 93. Səbuhi Qurbanov, 37. Amir Qəribov (48. Anar Cəbiyev, 80), 74. Həmzəalı Mikayılov, 78. Cavid Məmmədli, 24. Emil Əmirov (25. Hüseyn Məmmədzadə, 70), 35. Cafet Bulus.
11 oyundan sonra hesabında 26 xal olan "Sabah-2" turnir cədvəlində birinci pillədə qərarlaşıb.