“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
“Sabah” FK və “Bank Respublika” birgə aksiya həyata keçirib.
“Sabah” FK-nın futbolçuları ölkənin aparıcı banklarından olan və “Yaşıl dünya
naminə həmrəylik ili” çərçivəsində daha öncə bir çox aksiya həyata keçirmiş
“Bank Respublika”nın əməkdaşları ilə birgə Masazırda yerləşən “Bank Respublika
Arena”nın ətrafında yerli iqlim şəraitinə uyğun 100-ə yaxın ağac əkiblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın
yaranmasına, ətraf mühitin qorunmasına kömək etmək, həmçinin gənc nəslin diqqətini
yaşıllıqların qorunmasına yönəltmək olub. Qeyd edək ki, “Bank Respublika” mütəmadi
olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində
müxtəlif sosial aksiyalar təşkil edir. Bank, həmçinin ekoloji cəhətdən təmiz
texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən müəssisələri maliyyələşdirir
və müxtəlif ekoloji layihələrə dəstək göstərir.
“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R
Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə 1/8 final mərhələsindən qoş
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva”nı 5:2 hesabı ilə məğlub e
Baş məşqçimiz Valdas Dambrauskas və futbolçumuz Velko Simiç "Sabah" - "Hapoel Beer-Şeva" oyunundan ö