“Sabah” “Şamaxı” ilə yoxlama oyunu keçirdi

SABAH
11 Yanvar 2026
Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Şamaxı” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən matç “Sabah”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda qollarımıza Cesse Sekidika və Stefan Ende imza atıblar.

Baş məşqçimiz Valdas Dambrauskas oyunda aşağıdakı heyətə şans verib:

92. Stas Pokatilov (72. Rüstəm Samiqullin, 29), 40. İqor Noqeyra, 53. Andrey Santos (32. Ramil Nuraxmedov, 83), 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 46. Aleksey İsayev (21. Velko Simiç, 26), 70. Cesse Sekidika, 6. Abdulla Xaybulayev, 19. Aaron Maluda, 83. Stefan Ende.

İkinci hissədə meydana daxil olanlar:

55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 15. Cafet Bulus, 89. Cəfər Muxtarov, 2. Amin Seydiyev, 33. Umarali Raxmonaliyev, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 11. Kahim Parris (24. Camal Cəfərov), 88. Xəyal Əliyev.

“Sabah” fasilədən sonra ilk rəsmi oyununu Misli Premyer Liqsının 17-ci turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirəcək. Oyun yanvarın 25-də, saat 18:30-da “Bank Respublika Arena”da baş tutacaq.
TÖVSİYƏ OLUNANLAR

“Komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım” – Dambrauskas

“Sabah” Misli Premyer Liqasının III turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşdı. Qəbələ şəhər stadi

"Sabah" - "Hapoel Byer-Şeva" oyununa media üçün akkreditasiya başlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Byer-Şeva” o

UEFA Çempionlar Liqası: Valdas Dambrauskas və Timoteuş Puxaçın mətbuat konfransı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Sabah” səfərdə “Hapoel Byer-Şeva” komanda

Valdas Dambrauskasın "Orhus"la bağlı oyunla fikirləri

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə "Orhus"la qarşılaşacaq "