Xoş gəldin, Mbina!

SABAH
05 Fevral 2026
“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib. Qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra komandamızın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” FK icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq. 

Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.
TÖVSİYƏ OLUNANLAR

“Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiyanın “Zeni

Aaron Maluda İsveçrənin “Bazel” klubuna transfer edildi

“Sabah” FK Aaron Maluda ilə yollarını ayırıb. 20 yaşlı futbolçu İsveçrənin “Bazel” klubuna transfer

Amin Ramazanov "Sabah"da!

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Amin Ramazanov bundan sonra komandamızın uğurları üç

Ksander Severina "Sabah"da!

"Sabah" yeni futbolçu ilə anlaşıb. 25 yaşlı vinger Ksander Severina bundan sonra komandamızın uğurla