"Sabah" - "Neftçi" oyununun biletləri artıq satışdadır!

SABAH
13 May 2026
 "Sabah" Misli Premyer Liqasında 2025/26 mövsümünün son ev oyununda "Neftçi"ni qəbul edəcək.

Bu qarşılaşmada futbol ab-havasını yaşamaqla yanaşı, sizi bir-birindən maraqlı sürprizlər də gözləyir:

Oyunu stadiondan izləyən 2 azarkeş "Sabah", "Bank Respublika" və "Azərlotereya"nın dəstəyi ilə  komandamızın UEFA Çempionlar Liqasındakı ilk səfər oyununa yollanmaq şansı qazanacaq.

Oyundan sonra 2025/26 mövsümünün çempionu olan "Sabah"a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

Matçdan 2 saat öncə azarkeşlər üçün hədiyyəli fan zona fəaliyyət göstərəcək.

Oyundan sonra tanınmış "Qara Dərviş" qrupunun iştirakı ilə möhtəşəm şou proqram keçiriləcək.

32-ci tur çərçivəsində baş tutacaq oyun mayın 17-də, saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Biletləri onlayn olaraq https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk26, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

TÖVSİYƏ OLUNANLAR

"Turan Tovuz" - "Sabah" oyununun videoicmalı

Misli Premyer Liqasında X tura start verilib. "Sabah" bu turda səfərdə "Turan Tovuz"la qarşılaşıb. O

"Turan Tovuz" - "Sabah": Oyun sonrası mətbuat konfransı

"Sabah" Misli Premyer Liqasının X turunda səfərdə "Turan Tovuz"la qarşılaşıb (2:3). Oyundan sonra ba

"Sabah" - "Qarabağ" oyununun video icmalı

"Sabah" Misli Premyer Liqasının IX turunda evdə "Qarabağ"la qolsuz bərabərə qaldı. Bu heç-heçədən so

"Sabah" - "Qarabağ": Oyun sonrası mətbuat konfransı

Misli Premyer Liqasının IX turunda "Sabah" evdə "Qarabağ"la qarşılaşıb. "Sabah Arena"da keçirilən gö