“Sabah”dan tarixi uğur – “Qızıl dubl”!

SABAH
14 May 2026
“Sabah” yarandığı ildən tarixinin ən uğurlu mövsümünü yaşayır. Klubumuz bu mövsümdə əsas komanda səviyyəsində mümkün olan hər iki titulu qazandı. Misli Premyer Liqasının bitiminə 4 tur qalmış tarixində ilk dəfə çempionluğu təmin edən “Sabah”, ölkə kubokuna da yiyələndi. 

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda həlledici oyunda “Zirə” ilə qarşılaşdı. Oyunun gedişində hesabda geri düşən “bayquşlar”, ikinci hissədə Patrik Orfe Mbina və Coy-Lens Mikelsin möhtəşəm qolları ilə geridönüş edərək, final oyununu qalib başa vurdu – 2:1. 

Qeyd edək ki, “Sabah” ötən mövsüm də ölkə kubokunun qalibi olmuşdu. Bu mövsümkü nailiyyətlərlə birlikdə klubumuzun muzeyindəki titul sayı 3-ə yüksəldi – 1 çempionluq, 2 ölkə kuboku.
TÖVSİYƏ OLUNANLAR

"Turan Tovuz" - "Sabah" oyununun videoicmalı

Misli Premyer Liqasında X tura start verilib. "Sabah" bu turda səfərdə "Turan Tovuz"la qarşılaşıb. O

"Turan Tovuz" - "Sabah": Oyun sonrası mətbuat konfransı

"Sabah" Misli Premyer Liqasının X turunda səfərdə "Turan Tovuz"la qarşılaşıb (2:3). Oyundan sonra ba

"Sabah" - "Qarabağ" oyununun video icmalı

"Sabah" Misli Premyer Liqasının IX turunda evdə "Qarabağ"la qolsuz bərabərə qaldı. Bu heç-heçədən so

"Sabah" - "Qarabağ": Oyun sonrası mətbuat konfransı

Misli Premyer Liqasının IX turunda "Sabah" evdə "Qarabağ"la qarşılaşıb. "Sabah Arena"da keçirilən gö