İçərişəhərdə futbol meydançasının açılışı oldu

SABAH
03 İyun 2026
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “Sabah” Futbol Klubunun dəstəyi ilə İçərişəhərdə uşaqlar üçün futbol meydançası istifadəyə verilib. Məkanın tarixi-memarlıq mühitinə uyğun şəkildə həyata keçirilən layihə, uşaqların idmanla məşğul olmasına, onların aktiv və səmərəli vaxt keçirməsinə və futbolun kütləviləşməsinə töhfə vermək məqsədi daşıyır. 

Mayın 31-də baş tutan açılış zamanı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud, İçərişəhərin Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov, həmçinin “Sabah” Futbol Akademiyasının koordinatoru Georgi Minaşvili çıxış ediblər. 

Tədbir zamanı uşaqlar üçün əyləncəli və idman yönümlü proqramlar təşkil olunub, daha sonra isə uşaqların iştirakı ilə yeni istifadəyə verilmiş meydançada ilk oyun keçirilib.


TÖVSİYƏ OLUNANLAR

"Sabah" - "Borussiya" (Dortmund): Oyun öncəsi mətbuat konfransı

"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirəcək. Komandamız sabah "Bor

“GolfCar Azərbaycan” ilə əməkdaşlıq müqaviləsi imzalandı

“Sabah” FK ilə “GolfCar Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Əməkdaşlıq çərçivəsində

Çempionlar Liqasındakı ilk ev oyunumuz üçün biletlər satışdadır!

UEFA Çempionlar Liqasının liqa mərhələsində ilk ev oyununda “Sabah” Bakı Olimpiya Stadionunda “Slavi

Çempionlar Liqasının dörd ev oyunu üçün 104 620 bilet satılıb

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikd