"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

SABAH
28 İyun 2026
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan "Sabah" hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Rəqib Macarıstan "Ferentsvaroş"u olub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Qarşılaşma 120 dəqiqə oynanılıb (hər hissə 60 dəqiqə olmaqla). Komandamızın qoluna ikinci hissədə Cafet Bulus Dunqus imza atıb.

Baş məşqçimiz Valdas Dambrauskas qarşılaşmada aşağıdakı start heyətinə şans verib:

Stas Pokatilov, Aleksey İsayev, İvan Lepinitsa, Eyden Makkarti, Stiv Solvet, Rodriqo Fernandeş, Timoteuş Puxaç, Akim Zedadka, Kahim Parris, Aaron Maluda, Coy-Lens Mikels.

Oyuna sonradan daxil olanlar: Rauf Eyyubov, Rəhman Daşdəmirov, Junior Almeyda, Cafet Bulus Dunqus, Şahin İbrahimov, Rauf Rüstəmli, Qodfrey Boakye, Cəfər Muxtarov, Umarali Raxmonaliyev, Abdulla Xaybulayev, Yunes Laşaab, Patrik Orfe Mbina.

"Sabah" toplanış çərçivəsində ilk yoxlama oyununda Rumıniyanın "Universitatya Krayova" komandası ilə 1:1 hesablı heç-heçə etmişdi. Komandamız Avstriya toplanışında son oyununu Ukrayna "Polissiya"sına qarşı keçirəcək. Görüş iyulun 2-də baş tutacaq.
TÖVSİYƏ OLUNANLAR

"Sabah" - "Borussiya Dortmund" oyununun video icmalı

UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyunlar keçirilib. "Sabah" evdə "Borussiya Dortm

"Sabah" - "Borussiya": Oyun sonrası mətbuat konfransı

"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Komandamız evdə "Borussiya" (Dortmund) il

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə!

“Sabah” UEFA Çempionlar Liqasında tarixinin yeni səhifəsini yazıb. Komandamız turnirin liqa mərhələs

“Komandanın çıxışından və sərgilədiyimiz oyundan çox razı qaldım” – Dambrauskas

“Sabah” Misli Premyer Liqasının III turunda səfərdə “Araz-Naxçıvan”la qarşılaşdı. Qəbələ şəhər stadi