UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində
keçiriləcək “Sabah” – “Hapoel Byer-Şeva” oyunu üçün akkreditasiya üçün
qeydiyyat başlanılıb.
Qeydiyyat üçün aşağıdakı məlumatlar tələb olunur:
* Qeydiyyatdan keçən şəxsin adı və soyadı;
* Təmsil etdiyi KİV-in adı;
* Vəzifəsi;
* 2026/27 mövsümü üçün PFL vəsiqəsinin surəti;
* Oyundan əvvəl və oyundan sonra keçiriləcək mətbuat
konfranslarında iştirak edib-etməyəcəyi barədə məlumat (yerlər məhdud
olduğundan, yalnız ilk müraciət edənlərin istəyi nəzərə alınacaq).
Hər KİV üçün 1, televiziya kanalları üçün isə 2 (1 müxbir və 1
operator) akkreditasiya nəzərdə tutulub.
Qeydiyyatdan keçmək istəyən şəxslərdən yuxarıda qeyd olunan
məlumatları avqustun 22-i, saat 18:00-dək [email protected] elektron
poçt ünvanına göndərmələri xahiş olunur. Təsdiq e-poçtu almış şəxslər
akkreditasiyadan keçmiş hesab olunacaqlar.
"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda evdə "Barselona" ilə qarşılaşdı (1:
İçərişəhərdə yerləşən “Fan Store”da “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas və futbolçularımız Aki
“Sabah” fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşı
"Sabah" UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə Norveçin "Vikinq" komandası ilə qarşılaşıb (1