Çempionlar Liqasının dörd ev oyunu üçün 104 620 bilet satılıb

SABAH
24 Sentyabr 2026
“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikdə 104 620 bilet satılıb. 

Bilet satışı ilkin gözləntilərimizi və planlaşdırdığımız tempi xeyli üstələyir. Bu göstərici azarkeşlərin Çempionlar Liqasının Bakıda keçiriləcək oyunlarına böyük marağını göstərir. Dəstəyə görə bütün azarkeşlərə təşəkkür edirik.

Klubun məqsədlərindən biri “Sabah” azarkeşlərinə və digər futbolsevərlərə bu oyunları stadiondan izləmək imkanı yaratmaqdır. Hazırkı qiymətlər daha çox insanın oyunlara qatıla bilməsi nəzərə alınaraq münasib səviyyədə müəyyən edilib. Bilet alan azarkeşlər dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin edirlər.

Bilet satışından əldə olunan gəlirin 25 faizi “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramına yönəldiləcək. Bu vəsait uşaq və gənclər futbolunun inkişafına sərf olunacaq.

Çempionlar Liqası oyunları çərçivəsində kommersiya və sponsorluq əməkdaşlığı imkanları da mövcuddur. “Sabah”ın bu tarixi mərhələsinə tərəfdaş kimi qoşulmaq istəyən şirkətləri klubumuzla əlaqə saxlamağa dəvət edirik.

Bilet satışı davam edir. Satışla bağlı yeniliklər klubun rəsmi kanallarında paylaşılacaq.
TÖVSİYƏ OLUNANLAR

Çempionlar Liqasının dörd ev oyunu üçün 104 620 bilet satılıb

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün ümumilikd

Bir biletlə 4 böyük oyun!

UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyimiz dörd ev oyunu üç

10 futbolçumuz milli komandalara dəvət alıb!

“Sabah” FK-nın 10 futbolçusu müxtəlif ölkələrin milli komandalarına dəvət alıb. Tellur Mütəllimov, R

Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunun 2026/27 mövsümünün püşkü atılıb. “Sabah” mübarizəyə 1/8 final mərhələsindən qoş