“Sabah” UEFA Çempionlar Liqasında tarixinin yeni səhifəsini yazıb. Komandamız turnirin liqa mərhələsində ilk ev oyununda Çexiyanın “Slaviya” klubunu 2:0 hesabı ilə məğlub edərək bu mərhələdə ilk qələbəsini qazanıb.
Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada qollarımıza Kahim Parris və Coy-Lens Mikels imza atıblar. Avropanın ən mötəbər klub turnirində doğma azarkeşlər önündə ilk ev oyununa çıxan komandamız iki cavabsız qolla hesabına ilk üç xalı yazdırıb.
Bu nəticə klubumuz üçün xüsusi əhəmiyyət daşıyır. Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqla tarixi nailiyyətə imza atan “Sabah” ilk ev oyunundakı qələbə ilə həmin uğurun davamını gətirib. “Slaviya” üzərində qələbə klubumuzun inkişaf yolunda daha bir mühüm mərhələ, futbolçularımızın, məşqçi heyətimizin və bütün “Sabah” ailəsinin birgə əməyinin bəhrəsidir.
Bu tarixi gecənin sevincini bizimlə bölüşən, tribunadan komandamıza güc verən bütün azarkeşlərimizə təşəkkür edirik. Ən böyük futbol səhnəsində ilk ev qələbəmizi sizinlə birlikdə qeyd etmək bu uğuru daha da dəyərli edir.
İlk ev oyunu, ilk qələbə, ilk üç xal! “Sabah”ın Çempionlar Liqası yolunda bu gecə xüsusi yer tutacaq.
“Sabah”ın Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki rəqibi bəlli olub. Komandamız bu mərhələdə “
UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyunlar keçirilib. "Sabah" evdə "Borussiya Dortm
"Sabah" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Komandamız evdə "Borussiya" (Dortmund) il
“Sabah” UEFA Çempionlar Liqasında tarixinin yeni səhifəsini yazıb. Komandamız turnirin liqa mərhələs